<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Mən Sənə Rəbb Allah dedim,
 Varlığım, həyatım dedim,
 Qəlbimin sevinci, vuran ürəyim dedim.

[C1]
   Sən bizi yaratdın izzətin üçün,
   Qan tökdün hər kəsin xilası üçün.
   Aç İsmini eşidib inanmaq üçün,
   Doldur ürəklərə sevgini.

[V2]
 Mən Sənə Xilaskar dedim,
 Azadlığım, sülhüm dedim,
 Rahatlığım, xoşbəxtliyim, dincliyim dedim.

[C2]
   Yanına gələni qarşılayırsan,
   Bağrına basaraq qucaqlayırsan,
   Bütün kədərini unutdurursan,
   Rahatlığım, dincliyim dedim.</lyrics>
<title>Mən Sənə Rəbb Allah dedim İL486</title>
<hymn_number>486</hymn_number>
</song>